Şəkərli diabetdən qorunmaq üçün bunlara əməl edin

06.10.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə terapevt Nadejda Çernışova danışıb.

Həkimin sözlərinə görə, ilk növbədə bədən çəkisinə nəzarət etmək vacibdir. O bildirib ki, bədən kütlə indeksi 25-dən çox olmamalı, bel çevrəsi isə qadınlarda 80 santimetrdən, kişilərdə isə 100 santimetrdən artıq olmamalıdır.

N.Çernışova diabetdən qorunmağın ikinci yolunun aktiv həyat tərzi olduğunu qeyd edib. Onun sözlərinə görə, həftə ərzində ən azı 150 dəqiqə sürətli gəzinti etmək tövsiyə olunur.

Həkim əlavə edib ki, düzgün qidalanma da diabet riskini azaltmağa kömək edir. Bunun üçün gündəlik rasionda təbii məhsullar üstünlük təşkil etməli, eyni zamanda qəbul edilən kalorinin miqdarına nəzarət olunmalıdır.

O vurğulayıb ki, artıq çəki, fiziki aktivliyin azlığı və qeyri-sağlam qidalanma dəyişdirilə bilən risk faktorlarıdır. Bununla yanaşı, genetika və yaş kimi insanın təsir göstərə bilmədiyi risk amilləri də mövcuddur.

Həkim xüsusilə hamiləlik dövründə gestasion diabet keçirmiş qadınların daha yüksək risk qrupuna aid olduğunu da qeyd edib.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью