Şəkərli diabetlə mübarizə apara biləcək tərəvəzin adı açıqlanıb | Icma.az
Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şəkərli diabetlə mübarizə apara biləcək tərəvəzin adı açıqlanıb Cənubi Danimarka Universitetinin (SDU) alimləri müəyyən ediblər ki, müntəzəm adi yerkökündən istifadə qanda şəkərin səviyyəsinin tənzimlənməsini yaxşılaşdıra və bağırsaq bakteriyalarının tərkibinə müsbət təsir göstərərək şəkərli diabetlə mübarizə aparmağa kömək edir.
Elmi iş “Clinical and Translational Science” (CTS) jurnalında dərc olunub.
Ənənəvi diabet müalicəsi pəhriz dəyişiklikləri və dərmanları ehtiva edir, lakin bir çox xəstə yan təsirləri yaşayır.
Yeni bir araşdırmada elm adamları yerköküdən arzuolunmaz reaksiyalara səbəb olmadan təbii tamamlayıcı terapevtik vasitə kimi istifadə oluna biləcəyini öyrənməyə başlayıblar.
Təcrübə zamanı alimlər yerkökün şəkərli diabetli siçanların sağlamlığına təsirini öyrəniblər.
Heyvanlar iki qrupa bölünüb: birinə 10% dondurularaq qurudulmuş yerkökü tozu əlavə edilmiş pəhriz, digərinə standart yüksək yağlı pəhriz verilib.
16 həftədən sonra yerkökü ilə qidalanan siçanların qanında şəkərin tənzimlənməsi yaxşılaşıb və daha sağlam bağırsaq bakteriyalarına sahib olublar.
Tam oxu
Xəbəri oxu