Şəkərli qazlı içkiləri maye ölüm adlandırmaq olar

30.04.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəkərli qazlı içkilər insan sağlamlığı üçün ən böyük təhlükələrdən biridir və onları "maye ölüm" adlandırmaq olar.


Demokrat.az xəbər verir ki, tanınmış kardiocərrah Ceremi London bu növ içkilərin fəsadları barədə "Mirror" nəşrinə müsahibəsində xəbərdarlıq edib.
Həkim bu içkilərin cəmiyyətin əsl bəlasına çevrildiyini bildirib. Onun sözlərinə görə, insanlar şəkərli qazlı içkilər vasitəsilə nə qədər artıq kalori qəbul etdiklərinin fərqinə belə varmırlar. O, yüksək kalorili qazlı içkilərin rasiondan tamamilə çıxarılmasının vacib olduğunu vurğulayıb. Bu içkilər nəinki artıq çəkiyə, həm də ürək-damar sisteminin fəaliyyətinin pozulmasına birbaşa təsir göstərir.
Kardiocərrah eyni zamanda tütün məmulatlarının da orqanizm üçün dağıdıcı nəticələrindən bəhs edib.
"Siqaret çəkmək insanın öz orqanizminə edə biləcəyi ən pis şeydir. O, ağciyərləri məhv edir, xərçəng yaradır, ürək tutması və insult riskini dəfələrlə artırır. Qətiyyən siqaret çəkməyin" - deyə Ceremi London çağırış edib.
Mütəxəssis əlavə edib ki, sağlam ürəyə sahib olmaq üçün həm zərərli vərdişlərdən imtina etmək, həm də "maye kalori"lərdən uzaq durmaq şərtdir.
Yəni, kardiocərrah şəkərli qazlı içkiləri və siqareti ürəyin ən böyük düşməni hesab edir və insanları bu "maye ölüm"dən uzaq durmağa çağırır.
İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью