Şəkərsiz çay: Arıqlamağın ən sadə yolu

21.11.2025

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Mütəxəssislər bildirilər ki, şəkərsiz çay içmək “boş” kalorilərin qəbulunu azaltmaq üçün sadə və təsirli üsuldur.

Redaktor.az xəbər verir ki, həkimlər bunu UfaTime.ru-ya açıqlamalarında deyiblər.

Onların sözlərinə görə, gündə iki şəkərlə içilən beş fincan çay əlavə 350 kilokaloriyə bərabərdir ki, bu da iri bir sendviçin kalorisi ilə müqayisə oluna bilər. Mütəxəssislər əlavə ediblər ki, çayda şəkəri azaltmaq və ya ondan tam imtina etmək, radikal pəhriz dəyişikliklərinə ehtiyac olmadan çəkiyə nəzarət etməyə imkan verir.

Həkimlər şəkərsiz çayın digər üstünlüyü kimi ağız boşluğu xəstəlikləri, xüsusən də kariyes riskinin azalmasını göstəriblər. Bundan başqa, onların fikrincə, şəkər çaydakı antioksidantların orqanizm tərəfindən mənimsənilməsinə mane olur və bu səbəbdən ondan imtina həm də sağlamlıq üçün ümumi fayda daşıyır.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью