Şəkərsiz çay zərərlidir? Mütəxəssislərdən açıqlama

13.08.2026

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çay dünyanın ən məşhur içkilərindən biridir. Onun şəkərli və ya şəkərsiz içilməsi ilə bağlı fikirlər isə fərqlidir.

Moderator.az "TSN" nəşrinə istinadən xəbər verir ki, şirin çay bəzi hallarda orqanizmə sürətli enerji verə, yorğunluq və stress zamanı insanın özünü daha yaxşı hiss etməsinə kömək edə bilər.

Şəkər çayın acı dadını yumşaldır. Bəzi araşdırmalarda şəkərin çaydakı antioksidantların, o cümlədən katexinlərin orqanizm tərəfindən mənimsənilməsinə təsir göstərə biləcəyi qeyd olunur.

Nəşrdə həmçinin bildirilir ki, çox tünd çay bəzi insanlarda mədə narahatlığı yarada bilər. Bununla belə, şəkərsiz çayın əksər insanlar üçün zərərli olduğunu söyləmək düzgün deyil.

Çayını şirin sevənlər şəkərin miqdarını azaltmaqla yanaşı, stevia(şəkər əvəzləyicisi), meyvə və ya az miqdarda baldan istifadə edə bilərlər. Lakin bal və digər təbii şirinləşdiricilərin də şəkər ehtiva etdiyi nəzərə alınmalıdır.

Əsas məsələ isə şəkər qəbulunun miqdarına nəzarət etmək və çayı həddindən artıq tünd içməməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью