“Şəki” autsayderə QALİB GƏLDİ

01.03.2025

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycan Basketbol Liqasında XV tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, son oyun günündə bir matç keçirilib.
Yeganə görüş B qrupunda baş tutub. Liderlik mübarizəsi aparan “Şəki” yarışın autsayderi “Lənkəran”ı sınağa çəkib.
Görüşün taleyi son periodda həll olunub. Qonaqların müqaviməti ilə üzləşən Şəki təmsilçisi 2 xal qazanmağı bacarıb.
Azərbaycan Basketbol Liqası
XV tur
1 mart
14:00. “Şəki” – “Lənkəran” – 81:75 (23:21, 20:11, 15:26, 23:17)
Şəki OİK
1 Ordu 15 11 4 1340-1153 26
2 Şəki 15 11 4 1392-1219 26
3 Gəncə 15 11 4 1197-1051 26
4 Sumqayıt 15 5 10 1274-1407 20
5 Quba 15 4 11 1209-1321 19
6 Lənkəran 15 3 12 1146-1359 18
Rəşad Rafiqoğlu, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью