Şəki Dövlət Dram Teatrı yeni mövsümə “Ezop”la başlayacaq

08.09.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şəki, 8 sentyabr, AZƏRTAC

Şəki Dövlət Dram Teatrında 147-ci mövsümün başlanması ilə əlaqədar kollektivlə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın direktoru vəzifəsini icra edən, Əməkdar incəsənət xadimi Mirbala Səlimli ötən mövsümdə görülən işlərdən, beynəlxalq festivalda iştirakdan, qazanılan mükafat və uğurlardan danışıb, yeni mövsümün əsas planlarını elan edib. Qeyd olunub ki, Şəki Dövlət Dram Teatrının 147-ci mövsümünün rəsmi açılışı sentyabrın 13-də braziliyalı dramaturq Gilyerme Fiqeyredonun "Ezop" əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə olacaq.

Müxbir - Rasim İslamoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью