Şəki kafesində nöqsanlar aşkarlandı FOTOLAR

12.02.2026

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şəki şəhərinin S. Rəhman küçəsində fərdi sahibkar Fərahim Yavər oğlu Abdulkərimova məxsus “Şəki” kafesində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib, nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью