Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Şəki, 27 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki şəhər kimya-biologiya təmayüllü liseyin IX sinif şagirdlərindən ibarət “KVEBEK” komandası “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə respublika çempionatında uğurla çıxış edərək II yerə layiq görülüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə regional təhsil idarəsindən məlumat verilib. Bildirilib ki, intellektual bilik yarışı Elm və Təhsil Nazirliyi və Təhsil Oyunları Platformasının birgə təşkilatçılığı ilə keçirilib.