Şəki məktəbində bədbəxt hadisə: müəllim və şagirdlər YARALANDI

06.12.2024

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb.

Modern.az-ın məlumatına görə, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə məlumat verilib.

Bildirilib ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub.

Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb.

Dərhal təcili tibbi yardıma müraciət olunub, müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью