Şəki məktəbində təcrübə zamanı müəllim və şagirdlər YARALANDI

06.12.2024

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Bu gün Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb. 
Bizim.Media xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub. 
Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb. 
Dərhal təcili tibbi yardıma müraciət olunub, müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью