Şəki restoranının yanında tikilən yol çöküb VİDEO

11.08.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Paytaxtın Babək prospektində yerləşən, bir müddət əvvəl sökülən köhnə Şəki restoranının yanında aparılan yol tikintisində xoşagəlməz hal yaşanıb.

Avtosfer.az xəbər verir ki, hələ inşası tam başa çatmadan yolun bəzi hissələrinin çökməsi müşahidə edilib.

İlkin ehtimallara görə, çöküntü torpaq qatının bərkidilməməsi və ya tikinti prosesində texnoloji qaydalara tam riayət edilməməsi ilə bağlı ola bilər.

Bu cür hadisələr həm işçilərin, həm də ərazidən keçən vətəndaşların təhlükəsizliyi üçün ciddi risk yaradır. Ona görə də tikinti işlərinin keyfiyyətinə nəzarətin artırılması, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacibdir.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью