Şəki sakini Bakıda keçmiş həyat yoldaşı və qayınanasını qətlə yetirib

14.06.2026

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Şəki sakini keçmiş həyat yoldaşını və qayınanasını qətlə yetirib.

AZXEBER.COM "Report"un Şimal-qərb bürosuna istinadən xəbər verir ki, hadisə iyunun 14-də gecə saatlarında Bakı şəhərinin Ramana qəsəbəsində baş verib.

Belə ki, Şəkinin Cəfərabad kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal Lütfəliyev keçmiş həyat yoldaşı Xəyaləni və onun anası İradə adlı qadını qətlə yetirib. Hadisədən sonra V. Lütfəliyev özünü öldürüb.

Məlumata görə, Xəyalə və İradə Böyük Dəhnə kəndində, Vüsal Lütfəliyev isə Cəfərabad kəndində dəfn olunacaq.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью