Şəki sakinin EVİ YANDI FOTO

18.03.2025

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şəki sakinin evi yanıb. Yanğın hadisəsi şəhərin Salman Mümtaz küçəsində baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, axşam saatlarında şəhər sakini 67 yaşlı Şahid Nəsirova məxsus evdə baş verən yanğının sündürülməsi üçün Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi göndərilib.
 

Nəticədə ümumi sahəsi 120 kvadratmetr olan bir mərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları yanıb.


Yanğınsündürənlərin səyi ilə yanğının yaxınlıqdakı qonşu mənzillərə keçməsinin qarşısı alınıb.
Hadisənin səbəbləri araşdırılır. 

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью