Şəki səfərdən qələbə ilə dönür

15.12.2024

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Basketbol Liqasının VI turunda B qrupunda "Şəki" səfərdə "Quba"nı məğlub edib. Sport24.az xəbər verir ki, Quba Olimpiya Kompleksində keçirilən matç qonaqların 90:68 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, əvvəlki qarşılaşmalarda "Naxçıvan" "Neftçi"ni (83:72), "Sabah" "Sərhədçi"ni (67:64), "Ordu" "Sumqayıt"ı (115:81), "Gəncə" "Lənkəran"ı (94:66), "Abşeron" isə NTD-ni (89:75) məğlub edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью