“Şəki” Şəkidə oynayacaq sponsorla yollar ayrılıb?

20.02.2026

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2-ci liqada mübarizə aparan “Şəki”də vəziyyət gündən-günə ağırlaşır. Bir neçə futbolçu ilə yanaşı, baş məşqçi Elvin Həsənov da komandadan ayrılıb.

“Football-plus.az” xəbər verir ki, problemlərin əsas səbəbi klubun sponsoru “Flyblast”ın mövsümün gedişində maliyyəni dayandırması ilə bağlıdı. Klubun artıq 100 min manata yaxın borcunun olduğu iddia edilir.
Klub daxilindən redaksiyamiza verilən məlumata görə, artıq sponsor şirkət klubla çalışmayacaq. Bunu “Şəki”nin rəhbərləri də istəyib. “Halvaçılar” mövsümün qalan oyunlarını Şəkidə keçirəcək.
MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью