Şəki Siti nin problemləri dərinləşir SON DURUM

12.11.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2-ci Liqa təmsilçisi "Şəki Siti"də sular durulmaq bilmir. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, komandanın titul sponsoru olan turizm şirkəti - verdiyi vədlərə xilaf çıxan "Flyblast"ın rəhbərliyi telefon zənglərini belə cavabsız qoyur.

Komandanın bəzi futbolçuları artıq 2 aydır maaş üzü görməyibsə, digərləri son 1 ayın əməkhaqqını almayıb. Çempionatın 8-ci turunda maliyyə problemlərinə rəğmən, "Kür-Araz"la səfər matçına yollanan və 4:1 hesablı qələbə qazanan texniki heyətin də səbr kasası daşıb. Belə davam etsə, komandanın məşqləri də dayandırılacaq. Hadisəni diqqətdə saxlayacaq və sizləri məlumatlandıracağıq.

Qeyd edək ki, hazırda 16 xalı olan "Şəki Siti" 2-ci Liqanın turnir cədvəlində 4-cü pillədə mövqe tutub.

Nihat
 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью