Şəki teatrında monotamaşanın məşqlərinə başlanılıb

05.05.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şəki, 5 may, Mustafa Dadaşov, AZƏRTAC

Şəki Dövlət Dram Teatrında daha bir səhnə əsərinin – gənc yazıçı-dramaturq Pərvin Nurəliyevanın müəllifi olduğu “Mən öləndə ağlama...” monopyesi əsasında eyniadlı monotamaşanın masaarxası məşqlərinə başlanılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib.

Tamaşanın quruluşçu rejissoru və baletmeysteri Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.

Monotamaşada ruhi dispanserdə müalicə alan, həyatı boyu psixoloji sarsıntılar yaşamış gənc Leylanın əzablı taleyindən bəhs edilir.

Səhnə əsərində Leyla rolunu teatrın gənc aktrisası Aytac İsmayılzadə ifa edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью