Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şəki, 30 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Dövlət Dram Teatrında Əməkdar artist Novruz Cəfərovun “Uşaq oğruları” pyesi əsasında hazırlanan eyniadlı nağıl-tamaşanın masaarxası məşqlərinə başlanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədova məlumat verib.
Tamaşanın quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Səhnə əsərində rolları aktyorlar Rəşad Rüstəmov, Nuranə Mirzəliyeva, Nərmin Abbasova, İlkin Rüstəmov, Rəsul Məmmədrəhimov, Qurban Rəsulov və digərləri ifa edirlər.