Şəki təmsilçisi fanatlara görə cərimələnib

03.04.2025

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

AFFA İntizam Komitəsi II Liqada çıxış edən "Sheki City" komandasını cərimələyib. SİA milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisinin azarkeşləri "Şahdağ Qusar"la matçın 55-ci dəqiqəsində rəqib oyunçulara kənar əşyalar atıblar.

Klub buna görə 80 manat ödəməli olacaq. Fanatlar futbolçuların ünvanına təhqiramiz ifadələr də işlədiblər. Bu hal ikinci dəfə təkrarlandığı üçün "Sheki City" 50 manat ziyana düşüb.

Bundan əlavə, təhlükəsizlik düzgün təmin olunmadığından bölgə təmsilçisi əlavə 400 manat da ödəyəcək. Komandanın növbəti ev oyunu isə azarkeşsiz keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью