Şəki və Şəmkirdə yanğın oldu

07.05.2025

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Şəmkir rayonunun Dəllər Cəyir kəndində ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb.

Bu barədə Metbuat.az-aFövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəki şəhərində ümumi sahəsi 288 m² (hər mərtəbəsi 144 m²) olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev və tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью