Şəki Yaylası nda ölən Ucal bu agentliyin əməkdaşı imiş

08.09.2026

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölümü ilə nəticələnən hadisə baş verib.

AZXEBER.COM unikal-a istinadən xəbər verir ki, əyləncə qurğusunun trosu qırılıb.

Bu zaman Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov və 27 yaşlı Bayramov Ucal Asif oğlu hadisə yerində ölüblər.

Əldə etdiyimiz digər məlumata görə, Ucal Bayramov DOST Agentliyinin əməkdaşıdır.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью