Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şəkiyə istirahətə gedən iki nəfər faciəvi şəkildə ölüb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün Şəki rayonundakı istirahət mərkəzlərinin birində baş verib.
Belə ki, Qax rayon sakini 30 yaşlı Məmmədov Coşqun Ceyhun oğlu və daha bir nəfər hündürlükdən yıxılaraq həlak olublar.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
***
“Oxu.az”ın məlumatına görə, hadisə “Şəki yaylası”nda əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində baş verib.
Mübariz Muradov