“Şəki yaylası”nda həlak olanların cinayət işindən xəbər var RƏSMİ

18.09.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində iki şəxs (31 yaşlı Məmmədov Coşqun Ceyhun oğlu və 27 yaşlı Bayramov Ucal Asif oğlu) hündürlükdən yıxılaraq həlak olub.

Baş Prokurorluqdan bildirilmişdi ki, faktla bağlı Şəki rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.

Bakıvaxtı.az istintaqla bağlı Baş Prokurorluğa sorğu ünvanlayıb.  

Qurumdan bildirilib ki, hazırda istintaq davam edir:

"Yenilik olarsa, məlumat veriləcək", - deyə qeyd olunub. 

 Günəş Mərd 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью