Şəkidə “07” ağaca çırpıldı Xəsarət alan var

20.01.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Şəkidə minik maşını ağaca çırpılıb.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunda, Şəki rayonunun Aşağı Küngüt kəndində baş verib.

Şəki sakini Samir Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca dəyib. Avtomobildə olan sərnişin, 41 yaşlı Şəki sakini Tural Abbasov müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью