Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Şəkidə ölümlə nəticələnən hadisə baş verib.
Milli.Az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. Şəhər sakini, 18 yaşlı Elşən Əfqan oğlu Həsənovun meyiti yaşadığı evdə aşkarlanıb.
İlkin məlumata görə, gəncin ölüm səbəbi hələ müəyyən edilməyib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)