Şəkidə 18 yaşlı hamilə qadının körpəsi ölü doğuldu

09.10.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şəki Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə 2007-ci il təvəllüdlü 35 həftəlik hamilə qadın avtomobil vasitəsilə hospitalizasiya olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, həkimlərin apardığı konsultasiyadan sonra spontan doğuş halında çəkisi 1 kq. 700 qr., boyu 44 sm. olan ölü döl bətndən xaric edilib.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, hazırda 18 yaşlı pasiyentin müalicəsi Perinatal Mərkəzin müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью