Şəkidə 2 avtomobil toqquşdu FOTO

18.12.2025

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Şəkidə minik avtomobilləri toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi şəhərin M. F.Axundov küçəsində qeydə alınıb.
Belə ki, “VAZ-2106” markalı avtomobillə “Opel” markalı avtomobillər toqquşub. İlkin məlumata əsasən qəzaya sürücülərin yol keçidində qaydalarına riayət etməməsi səbəb olub.
Qəzada bir nəfər yüngül xəsarət alıb. Hazırda Şəki Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью