Şəkidə 2 mərtəbəli ev yanıb

24.05.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəkidə 2 mərtəbəli ev yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, günorta saatlarında rayonun Qoxmuq kəndində iki mərtəbəli evdə yanğın olub. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Yaşayış olmayan evdə yanğının söndürülməsinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью