Şəkidə 23 yaşlı oğlanın meyiti tapılıb

18.03.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şəkidə 23 yaşlı gəncin meyiti aşkar edilib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Daşüz kəndində baş verib.

Kənd sakini 2002-ci il təvəllüdlü Mahir Səmədovun meyiti yaşadığı evin həyətindəki turnikdən asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

İlkin araşdırma zamanı M. Səmədovun intihar etdiyi məlum olub.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью