Şəkidə 26 yaşlı gənc itkin düşüb FOTO

28.12.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Şəkidə 26 yaşlı gənc itkin düşüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Şəkinin Baş Göyünk kənd sakini, 1999-cu il təvəllüdlü Nöbərov Valeh Mustafa oğlu dekabrın 23-də günorta saatlarından etibarən itkin düşüb.

Bu barədə APA-ya V. Nöbərovun yaxınları məlumat verib.

Bildirilib ki, Valeh Nöbərovu görən şəxslərdən 070 531 55 47 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı ərazi üzrə polis orqanına məlumat daxil olub.

Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью