Şəkidə 4 yaşlı qıza it hücum edib Xəsarət yetirdi

21.11.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Şəkidə 4 yaşlı qız küçə itlərinin hücumuna məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün şəhərin Sabit Rəhman küçəsində baş verib.

Belə ki, sahibsiz it Bakı şəhər sakini, 4 yaşlı Sevil Babazadəyə hücum edərək bud nahiyəsindən dişləyib.

Azyaşlı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Mübariz Muradov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью