Şəkidə AĞIR QƏZA: ata öldü, oğlu yaralandı

22.04.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə ötən gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb. 

“Mercedes” markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Təvəkkül Şiralıyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsini yolun kənarındakı ağaca çırpıb. 

Nəticədə sürücü xəstəxanada ölüb, 2016-cı il təvəllüdlü oğlu Kənan Şiralizadə isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью