Şəkidə arvadının qətlindən sonra qaçan kişi tutuldu

06.06.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünən Şəkidə törədilən qətlin üstü açılıb.

“Qafqazinfo” xəbər verir ki, iyunun 5-i səhər saatlarında Şəkidə qətl hadisəsi baş verib. 34 yaşlı Zəhra Məlik qızı Əliyeva yaşadığı evdə bıçaqla qətlə yetirilib.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs - qadının həyat yoldaşı 1986-cı il təvəllüdlü Həmid Nazim oğlu Əliyev saxlanılıb. Belə ki, cinayətdən sonra o, hadisə yerindən qaçıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində H.Əliyevin yeri müəyyən edilərək saxlanılıb. O, istintaqa təhvil verilib.

Qətlin ailədaxili münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью