Şəkidə avtomat gizlədən şəxs tutulub

25.12.2024

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz odlu silah-sursat saxlayan, əvvəllər də məhkum olunmuş 35 yaşlı Rafiq Əhmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, ondan “Kalaşnikov” markalı avtomat, daraq və patronlar aşkarlanıb. R.Əhmədov odlu silahı rayon ərazisindən tapdığını və polisə təhvil verməyərək müxtəlif yerlərdə gizlətdiyini bildirib. Araşdırmalarla həmin şəxsin sosial şəbəkə hesablarında cinayətkarlığı təbliğ edən videogörüntülər paylaşdığı da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, R.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью