Şəkidə avtomobil ağaca çırpılıb, 68 yaşlı qadın ölüb

25.04.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

Şəkidə minik avtomobili ağaca çırpılıb, ölən və xəsarət alan var.

APA-nın Şumal-qərb bürosunun məlumatına görə, gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində Elsevər İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobil ağaca çırpılıb. Nəticədə, nəqliyyat vasitəsində olan sərnişinlər ana və oğlu, 68 yaşlı Tamilə İsmayılova və 49 yaşlı Rizvan İsmayılov xəsarət alıblar. T.İsmayılova aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью