Şəkidə avtomobil motosikletlə toqquşub: iki nəfər ölüb

28.11.2024

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hadisə ilə bağlı cinayət işi başlanılıb, təhqiqat aparılır

Şəki şəhərinin mərkəzi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, gecə saatlarında “Opel-Astra” markalı avtomobillə motosiklet toqquşub.

Ağır yol-nəqliyyat hadisəsi nəticəsində motosikleti idarə edən 42 yaşlı Natiq Abdullayev və onun sərnişini 46 yaşlı Mehman Camalov aldıqları xəsarətdən hadisə yerində həyatlarını itiriblər.

Hadisə ilə bağlı cinayət işi başlanılıb, təhqiqat aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью