Şəkidə avtomobil yandı

14.01.2026

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şəkidə minik avtomobili yanıb.

"Unikal" xəbər verir ki,hadisə Şəki rayon Cumakənd  kəndi ərazisində baş verib. Belə ki, Hüseynov Elmir Elton oğluna məxsus "Qaz 3110" markalı minik avtomobilində  yanğın baş verib. Hadisə yerinə Şəki rayon DYMH nin texnikaları cəlb olunub. Avtomobilin mühərrik və salon hissəsi tamamilə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Seymur Əli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью