Şəkidə avtomobillə motosiklet toqquşdu

28.11.2024

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə ötən gün saat axşam saatlarında qeydə alınıb. Belə ki, “Opel” markalı avtomobillə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü, 1982-ci il təvəllüdlü Natiq Abdullayev və sərnişini, 1978-ci il təvəllüdlü Mehman Camalov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью