Şəkidə avtomobillə motosiklet toqquşdu 2 nəfər öldü

28.11.2024

Icma.az, Milli.az saytına istinadən bildirir.

Noyabrın 27-də saat 22 radələrində Şəki şəhərində "Opel" markalı avtomobillə motosiklet toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a bildirilib ki, hadisənəticəsində motosikletin sürücüsü, 1978-ci il təvəllüdlü Mehman Camalov və sərnişini, 1982-ci il təvəllüdlü Natiq Abdullayev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью