Şəkidə avtomobillə motosiklet toqquşdu Ölənlər var

28.11.2024

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şəkidə iki nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol qəzasında iki nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, hadisə noyabrın 27-də saat 22 radələrində Şəki şəhərində qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobillə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü 1978-ci il təvəllüdlü Mehman Camalov və sərnişini 1982-ci il təvəllüdlü Natiq Abdullayev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью