Şəkidə avtomobillə motosiklet toqquşdu Ölənlər var

28.11.2024

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün saat axşam saatlarında qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobillə motosiklet toqquşub. 

Nəticədə motosikletin sürücüsü, 1982-ci il təvəllüdlü Natiq Abdullayev və sərnişini, 1978-ci il təvəllüdlü Mehman Camalov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Mübariz Muradov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью