Şəkidə avtomobillə motosiklet toqquşub, ölənlər var

28.11.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şəkidə iki nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol qəzasında iki nəfər ölüb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə noyabrın 27-də saat 22 radələrində Şəki şəhərində qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobillə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü 1978-ci il təvəllüdlü Mehman Camalov və sərnişini 1982-ci il təvəllüdlü Natiq Abdullayev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью