Şəkidə avtomobillər toqquşub FOTO

21.05.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Şəkidə iki avtomobil toqquşub. Avtomobillərdən biri yoldan çıxıb aşsa da xoşbəxtlikdən yaralanan olmayıb.
Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Şəki şəhəri ərazisindən keçən hissəsində baş verib.
Belə ki, 65 yaşlı Özbəkin Səfiyevin idarə etdiyi "Toyota Prado" markalı avtomobil 53 yaşlı İbrahim Həmidovun idarə etdiyi VAZ-21099 markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində VAZ-21099 yoldan çıxaraq aşıb. Xoşbəxtlikdən xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью