Şəkidə avtomobillər toqquşub, üç nəfər ölüb

21.10.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şəki, 21 oktyabr, AZƏRTAC

Bu gün axşam saatlarında Şəki rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri Daxili İşlər Nazirliyinin Şəki regional qrupuna istinadən bildirir ki, “KİA” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью