Şəkidə baş verən qəzada 27 yaşlı qadın xəsarət alıb

06.02.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Şəki, 6 fevral, AZƏRTAC

Şəki-Qax avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə İnçə kəndində qeydə alınıb.

58 yaşlı Zaqatala rayon sakini Ramiz Hacıyevin idarə etdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Bu zaman avtomobildəki sərnişin, 27 yaşlı Zaqatala rayon sakini Aydan Mahamatebinova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş verən qəzanın təfərrüatları araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью