Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Şəki rayonu Kiş kəndində bir ailənin 4 üzvü zəhərlənib.
Avtosfer.az xəbər verir ki, 1994-cü il təvəllüdlü Taryel Abdullayev, həyat yoldaşı 1993-cü il təvəllüdlü Billur Abdullayeva və onların 2 azyaşlı övladları dəm qazının toksiki zəhərlənməsi ilə xəstəxanaya müraciət ediblər.
Tibbi yardımdan sonra onların vəziyyətləri stabilləşib. Hazırda müalicələri Şəki Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Faktla bağlı araşdırma aparılır. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.