Şəkidə də ağır qəza oldu: ölənlər var

28.11.2024

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Şəkidə iki nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol qəzasında iki nəfər ölüb.

News24.az Report-a istinadən xəbər verir ki, hadisə noyabrın 27-də saat 22 radələrində Şəki şəhərində qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobillə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü 1978-ci il təvəllüdlü Mehman Camalov və sərnişini 1982-ci il təvəllüdlü Natiq Abdullayev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью