Şəkidə dəm qazı kabusu Bir ailənin 4 üzvü...

03.12.2024

Icma.az, Milli.az saytına istinadən bildirir.

Şəkidə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Kiş kəndində baş verib.

Kənd sakinləri, Abdullayev Taryel-1994, arvadı Abdullayeva Billur-1993 və onların 2 azyaşlı övladları dəm qazının toksiki zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət ediblər.

-----

TƏBİB-dən bildirilib ki, ötən gün saat 15:40 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə dəm qazından zəhərlənmə şübhəsi ilə 4 nəfər (3-ü kişi, 1-i qadın olmaqla) hospitalizasiya olunub.

"Zərərçəkənlərdən biri 2019-cu il, digəri isə 2024-cü il təvəllüdlüdür. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda hər birinin vəziyyəti stabil qiymətləndirilir", - məlumatda vurğulanıb.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью