Şəkidə dəm qazı kabusu Bir ailənin 4 üzvü...

03.12.2024

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Şəkidə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

News24.az xəbər verir ki, hadisə rayonun Kiş kəndində baş verib.

Kənd sakinləri, Abdullayev Taryel-1994, arvadı Abdullayeva Billur-1993 və onların 2 azyaşlı övladları dəm qazının toksiki zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət ediblər.

-----

TƏBİB-dən bildirilib ki, ötən gün saat 15:40 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə dəm qazından zəhərlənmə şübhəsi ilə 4 nəfər (3-ü kişi, 1-i qadın olmaqla) hospitalizasiya olunub.

"Zərərçəkənlərdən biri 2019-cu il, digəri isə 2024-cü il təvəllüdlüdür. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda hər birinin vəziyyəti stabil qiymətləndirilir", - məlumatda vurğulanıb./Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью